Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb

ali-ve-orta-ixtisas-mekteblerine-sened-qebulu-basa-catib
Oxunma sayı: 698

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 85 min 497 abituriyent elektron ərizəsini təsdiqləyib.

Elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanları II və III ixtisas qrupları üzrə aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.