"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, oyunlardakı səmimi mühit, xoş əhval-ruhiyyə ilə yanaşı, ev sahibi olan ölkəmizin zəngin mədəni irsi də kinematoqrafçıların diqqətini cəlb edir.
Mədəniyyət və Turizm Nazirliyinin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən "Bakı-Avropa Oyunları 2015" tammetrajlı sənədli filmində yer alan rollardan birini də Azərbaycanın xalq artisti Alim Qasımov canlandıracaq.
Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenko ölkəmizin ev sahibliyi etdiyi bu idman bayramını ilk gündən diqqətlə müşahidə ediblər. Yaradıcı heyətin məqsədi Azərbaycanın dünyaya bəxş etdiyi möhtəşəm idman hadisəsi çərçivəsində milli adət-ənənələr, mədəni dəyərlərin sintezini ekrana gətirməkdir.
Son xəbərlər
Son Xəbərlər