Alim Qasımov bu dəfə nəvəsi ilə oxudu - Video

alim-qasimov-bu-defe-nevesi-ile-oxudu
Oxunma sayı: 6587

Xalq artisti Alim Qasımov nəvəsi Salehlə muğam oxuyub. 

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri xanəndə instaqram hesabında paylaşıb.

“Nəvəm Salehlə birgə. Allah sizi qorusun”, - deyə sənətkar yazıb. 

Videoda Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova da yer alıb. 

Qeyd edək ki, Saleh F. Qasımovanın övladıdır. Onun daha üç övladı var.