Alim Qasımov prezident üçün muğam oxudu- - Video

alim-qasimov-prezident-ucun-mugam-oxudu-
Oxunma sayı: 10060


Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib. 

ANS PRESS-in məlumatına görə, bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o xanəndəyə müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib. 

A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.