Alim Qasımov prezidentin mükafatından xəbərsizdir

alim-qasimov-prezidentin-mukafatindan-xebersizdir
Oxunma sayı: 4362


"Qafqazinfo" xəbər verir ki, o, AzVision.az-a açıqlamasında bundan xəbərsiz olduğunu bildirib:

“Bu xəbəri sizdən eşidirəm. Xəbərim yox idi. Həmişə xoş xəbər olasınız. Təbii ki, prezidentimizin bu addımını müsbət qarşılayıram. Sənətkara diqqət yetiriləndə o, daha da həvəslənir. Bu, prezidentimizin bir daha sənətkarlarımıza diqqətindən xəbər verir”.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimləri,o cümlədən əməkdar artist, muğam ustası Fərqanə Qasımova mükafatlandırılıb.