Alimin adından istifadə edərək insanları aldatdılar

alimin-adindan-istifade-ederek-insanlari-aldatdilar
Oxunma sayı: 1883

Binar xüsusiyyətli və yüksək riskli ticarət ilə bağlı olan saytın yaradıcıları məşhur fizik Stiven Hokinqin istifadə edərək insanları aldadıblar.

Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, dələduzlar guya məşhur fiziklə olmuş saxta müsahibə tərtib ediblər. Bu üsulla isə onlar insanları öz saytlarına yönləndiriblər.

Məlumata əsasən dələduzlar saxta müsahibə düzəldərək CNN-ə bənzəyən fake sayta yerləşdiriblər. Həmin saxta müsahibədə Hokinqin guya ki, özünün yaratdığı yeni alqoritmindən bəhs edib. Bunun vasitəsi ilə bazarda olan dəyişiklikləri və maliyyə sahəsindəki bərabərsizliyi öncədən təyin etməyə kömək edir.

“Güman edirəm ki, mənim alqoritmim sayəsində artıq 10 ildən sonra insanlar arasında aşağı və yuxarı səviyyəlilər ilə fərq qalmayacaq” – deyə Hokinqin adından yazılmış müsahibədə qeyd edilib. Oxuculara alimin yeni ixtirası ilə tanış olmaq üçün hawkingcode.com saytına keçid etməyi təklif ediblər. Linkə daxil olandan sonra isə istifadəçilərə, gündəlik 1455 dollar gəlir əldə ediləcəyini söyləyən Hokinq səsi peyda olurdu.