Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb

alimler-koronavirusu-2-saatdan-az-muddete-mueyyen-eden-test-hazirlayib
Oxunma sayı: 1139

Argentinalı alimlər koronavirusu iki saatdan da az müddətdə aşkar etməyə imkan verən test hazırlayıblar. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə respublika hökuməti bildirib.

“NEOKIT-COVID-19 testi RNT nümunələri üzərində test etməyə imkan verir və kompleks avadanlıq tələb etmir”, - mətbuat xidmətinin məlumatında deyilir.

Argentinanın Səhiyyə naziri Hines Qonzalez Qarsia mətbuat konfransında bildirib ki, testin dəqiqliyi Polimeraz zəncirvari reaksiya üsullu testlərin dəqiqliyi ilə (PCR) 98% üst-üstə düşür.

Nazirin qiymətləndirməsinə görə, Argentina alimləri tərəfindən hazırlanmış test "PCR analizlərindən bir neçə dəfə ucuzdur". Nazirin qeyd etdiyi kimi, koronavirusun müəyyən edilməsi üçün nümunə kimi tüpürcək istifadə edilə bilər. 

Nazir, həmçinin Argentinanın gələcəkdə bu testləri ixrac etməyə başlaya biləcəyini istisna etməyib.

Qeyd edək ki, Argentinada 7,1 mindən çox insanda koronavirus aşkarlanıb, 353 nəfər pandemiyanın qurbanı olub.