Alimlər mini-qaraciyər yetişdiriblər

alimler-mini-qaraciyer-yetisdiribler
Oxunma sayı: 1857

Yokohama Universitetində çalışan yaponiyalı tədqiqatçılardan ibarət qrup insanın qaraciyər funksiyalarını yerinə yetirən bir neçə millimetr ölçüsündə mini-qaraciyər yaradıblar. Mütəxəssislər induksiya olunmuş gövdə hüceyrələrindən istifadə etməklə mini-ciyər yetişdiriblər.

“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, tədqiqat qrupunun rəhbəri Hideki Taniqutinin sözlərinə görə, yetişdirilmiş mini-qaraciyər zərərli maddələri əsl insan qaraciyəri kimi effektiv emal edir. Həmçinin qan üçün lazımi zülalları ifraz edir.

Tədqiqatçılar komandası 2019-cu ildən etibarən mini-qaraciyərin kliniki sınaqlarına başlamağı planlaşdırır. Onlar qaraciyər xəstəliyindən əziyyət çəkən insanlara belə mini-orqanları transplantasiya etməyi düşünürlər.