Alimlər yeni burun ixtira etdi

alimler-yeni-burun-ixtira-etdi
Oxunma sayı: 2052

İsrail bomba “iyləyən” nano burun ixtira edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yeni nano burun sayəsində partlayıcı maddələr, narkotik, yüksək miqdarda nağd pul və təyyarədə daşınması qadağan edilən kiçik metallar asanlıqla müəyyən ediləcək. Yeni nano burun kabellərlə keçən məlumatı nano sensorlar tərəfindən qəbul edir və hər sensor fərqli bir qoxunu təyin edir.

Nano burunu hazırlayan “Tracense”nin baş kimyagəri Matanın sözlərinə görə, aparılan sınaqlar zamanı bu burun itlərdən və günümüzdə istifadə edilən digər texnologiyalardan daha az səhvə yol verib. Məlumata görə, məhsul tezliklə satışa çıxarılacaq.