“Qafqazinfo” xəbər verir ki, telefonun qida bloku qurtarıb, şəbəkə itmiş və ya o haradasa unudulub, nəticədə insanda panika, narahatlıq yaranır.
Hələ 2008-ci ildə aparılmış tədqiqatlar göstərib ki, insanların 53 faizi telefonunu heç vaxt söndürmür, 9 faizi isə telefonsuz çox ciddi əsəb keçirir.
Qenui Universiteti bu fobiyanı diaqnostik və statistik dərsliyin psixi xəstəliklər üzrə növbəti buraxılışına daxil edilməsini təklif edir.
Alimlər 15 ildə telefonundan bir saniyə belə ayrılmayan braziliyalını nümunə gətirirlər. O, yalnız telefonla özünü təhlükəsiz hiss edib. Psixiatrlar onun vəziyyətini qismən də olsa yaxşılaşdıra bilsələr də lakin fobiyanı müalicə edə bilmyib. Həmin şəxs telefonu əlinin altında olmayanda özünü narahat, həyəcanlı hiss edir.
Bu, ailə və ya dost-tanışlarla əlaqə yaratmaq mümkünlüyündən asılılıqdır. Və ya yaxınların telefon sahibi ilə xüsusən də fövqəladə hallarda əlaqə yaratmayacağından irəli gələn qorxudu.
İnsanların 55 faizinin narahatçılığına da səbəb kimi məhz bu göstərilib.
Son xəbərlər
Son Xəbərlər