Alimpaşa Məmmədov dezinfeksiya işləri görən heyətlə görüşüb - Foto

alimpasa-memmedov-dezinfeksiya-isleri-goren-heyetle-gorusub
Oxunma sayı: 3123

Şəmkir Rayon İcra Hakimiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə insanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edilib. 

“Qafqazinfo” xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd sağlam qalmaları üçün infeksiyanın qarşısının alınması istiqamətində çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri geniş ictimaiyyətə çatdırmaqdır. Onları gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə olunub.

Eyni zamanda görülən işlərin yüksək səviyyədə və daha çevik aparılması üçün RİH tətəfindən Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün lazımi avadanlıqlarla təchiz olunub, 100 nəfərdən ibarət 56 qrup yaradılıb, maşın və avadanlıqlar yüksək iş qabiliyyətinə gətirilib. Bununla da ilk dəfə olaraq yeni yuyucu məhsulla Şəmkir küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Şəmkir RİH başçısı Alimpaşa Məmmədov genişmiqyaslı dezinfeksiya işlərini görən heyətlə görüşüb:  “Bu gün insanların sağlamlığının qorunması üçün həkimlərimiz qədər sizlər də fədakarlıq göstərir, şəmkirlilərimizin sağlamlığının qorunması üçün qəhrəmanlıq göstərirsiniz. Hər birinizlə qürur duyuruq. #BizBirlikdəGüclüyük “.

Daha sonra #EVDƏ #QAL devizli xüsusi geyimli işçilər Şəmkir şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospekti ilə yürüş edib, ərazini genişmiqyaslı dezinfeksiya ediblər. Bundan sonra onlar qruplara ayrılaraq şəhərin digər ərazilərində dezinfeksiya etmək üçün bölünüblər.