28 May Respublika Günündə Şəmkirin Qapanlı kəndindən olan Qarabağ şəhidlərinin xatirələrini əbədiləşdirmək üçün yeni inşa edilmiş abidə kompleksinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hərbçilər, açılışa toplaşan şəhid valideynləri, rayonun xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri şəhid Verdiyev Haqverdi Camal oğlu, Hüseynov Səhman Musa oğlu, Səmədov Zaur Məzahir oğlu, Muradov Məhəmməd Şaban oğlu və Əliyev Əbülfət Afdandil oğlunun abidə kompleksinin önünə çiçək dəstələri qoyaraq onların ruhuna dualar oxuyublar.
Abidə kompleksinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən Alimpaşa Məmmədov əvvəlcə şəmkirliləri Azərbaycanın milli bayramı–28 May Respublika Günü münasibətilə təbrik edib.
İcra başçısı bildirib ki, vətənini uca tutanı vətən də uca tutar: “Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir”.




Son xəbərlər
Son Xəbərlər