Alişan 20 ildir küsülü olduğu Mahsun haqda - “Həmişə dönür”

alisan-20-ildir-kusulu-oldugu-mahsun-haqda
Oxunma sayı: 3317

Müğənni Alişan 20 ildir küsülü olduğu həmkarı Mahsun Kırmızıgüldən danışıb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, Alişan Mahsunun yenidən müğənniliyə qayıtması ilə bağlı suala əvvəlcə cavab vermək istəməyib. Ancaq daha sonra fikrini dəyişərək bunları deyib:

"Onu sevmədiyim üçün haqqında çox danışmaq istəmirəm. Amma Mahsun çox döndüyü üçün hər yerə dönə bilər. Sabah filmə qayıda bilər, sonra yenidən müğənniliyə. Görsə ki, pul yoxdur, eləcə dönər. Onunla heç vaxt qardaş olmadıq".

Qeyd edək ki, Kırmızıgül vaxtilə söz davasına çıxdığı Alişanı fanatlarını onun üzərinə hücuma salmaqla təhdid etmişdi.