Alişan canlı yayımda vaksin vurdurdu

alisan-canli-yayimda-vaksin-vurdurdu
Oxunma sayı: 3204

Türkiyənin məşhur müğənnisi Alişan canlı yayımda koronavirus peyvəndi vurdurub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi peyvəndin tətbiqi üçün səhiyyə orqanlarına könüllü olaraq müraciət edib. O, Star TV-də yayımlanan və aparıcısı olduğu “Demet və Alişanla sabah-sabah” proqramının canlı efirində vaksin vurdurub.

“Mən daxil olmaqla hər kəs “COVID-19”dan bezib. Bu problemin tək həll yolu peyvənddir. Tez bir zamanda bu işdən xilas və örnək olmaq istədim”,- deyə Alişan bildirib.

Qeyd edək ki, Türkiyədə ilk vaksin vurduran məşhur Çağla Şikel olub. O, həmin anı lentə alaraq sosial şəbəkədə paylaşmış, tənqidlərə məruz qalmışdı.