Alişan koronavirusdan ölən qardaşından yazdı

alisan-koronavirusdan-olen-qardasindan-yazdi
Oxunma sayı: 3025

Müğənni Alişan müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edən qardaşı ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi 41 yaşlı qardaşı Selçuk Tektaşla bağlı öz instaqram səhifəsində ürəkparçalayan fikirlər yazıb. O, qardaşından yadigar qalan uşaqlara bundan sonra atalıq edəcəyini bildirib:

“Qardaşım, bizi yetim qoyub getdin. Sən mənim həm qardaşım, həm dostum, həm sirdaşım, hərşeyim idin. Mən indi sənsiz nə edəcəm? Dualar etdik, heç bir faydası olmadı. Allah səni bizdən çox istədi, öz yanına aldı. 2 uşağım, 2 qardaşım uşağı vardı. İndi isə 4 övladım var. Sən rahat yat. Eyşanım, Ceylanım, Mervem mənə əmanətdir. Səni sevirəm, qardaşım. Yaşadığın müddətdə məni qürurlandırdığın hər an üçün sənə minnətdaram. Səni bir daha görə bilməmək məni incitsə də, mənəviyyatını hər zaman yaşadacam, Selçukum”.

Qeyd edək ki, koronavirusa yoluxan S. Tektaş təxminən 1 ay komada qaldıqdan sonra iyulun 20-si gecə saatlarında vəfat edib. Merve Tektaşla ailəli olub, 2 qız övladı var.