“Alişan mənimlə də evlənə bilərdi, heç bir serialda öpüşməmişəm”

alisan-menimle-de-evlene-bilerdi-hec-bir-serialda-opusmemisem
Oxunma sayı: 6228

Türkiyənin məşhur müğənnisi Alişanın həyat yoldaşı haqda “Buse serialda kiminləsə öpüşsəydi, həyat yoldaşım olmazdı” sözləri günlərdir müzakirə olunur.

“Qafqazinfo” xəbər verir ki, aktyor Yunus Günçe tviterdə etdiyi paylaşımda müğənniyə zarafyana cavab verib:

“Mən də bu günə kimi heç bir serialda öpüşməmişəm. Alişan mənimlə də evlənə bilərdi”.

Onun gülüşə səbəb olan sözləri xeyli müzakirə olunub.

Qeyd edək ki, Y.Günçe daha çox “Survivor” yarışmasından tanınan aktrisa Işık Selin Kuyumcu ilə 2018-ci ildə ailə həyatı qurub.