Alişanı Bakıdakı toya kimin gətirdiyi məlum oldu- - Fotolar

alisani-bakidaki-toya-kimin-getirdiyi-melum-oldu-
Oxunma sayı: 10818


Xəbər verdiyimiz kimi dünən Bakıda Türkiyənin məşhur müğənnisi Alişan və Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da qatıldığı toy mərasimi baş tutub.

“Şərq Sarayı”nda keçirilən toydan sosial şəbəkələrdə bir neçə foto paylaşılsa da, toyun kimə məxsus olduğunu hamı gizli saxlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  ötən gecə təmtəraqlı şəkildə təşkil edilən toyun sahibi məşhur iş adamı olub. Həmin şəxs mediada adı tez-tez hallandırılan “Xalqlar dostluğu” və “Laçın” ticarət mərkəzlərinin sahibi İman Quliyevdir və sözügedən restoran da ona məxsusdur. O, oğlu Araz Quliyevi evləndirib.

Bir sıra məşhur ulduzların iştirak etdiyi toyu isə Azəri qızı Günel aparıb.