Türkiyəli model Çağla Şikel müğənni dostu Alişanın “Ölümsüz aşklar” klipində çəkilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şikel klipdə rol alması üçün özünün Alişana təklif etdiyini söyləyib.
“Klip üçün qadın aktrisa axtardıqlarını eşitdim. Alişana “Niyə məni çəkmirsiz? Klipində oynayaram” dedim. Alişan bunu eşidəndə çox təəccübləndi, amma sonra razılaşdıq. Alişan çox yaxın dostum olduğu üçün o da, mən də klipdəki yaxınlaşma səhnələrində çətinlik çəkdik. Lakin nəticədə gözəl bir iş ortaya çıxardıq”, - deyə model bildirib.
Son xəbərlər
Son Xəbərlər