2010-cu il parlament seçkilərində 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmiş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun bu dəfə Milli Məclisə seçilməyəcəyi haqda ehtimallar özünü doğruldur.
“Qafqazinfo” xəbər verir ki, bitərəf deputat seçilmiş Alışanovun dairəsindən YAP Milli Məclisin spikeri Oqtay Əsədovun namizədliyini irəli sürüb. Bu fakt AzTV sədrinin həmin dairədən deputat seçilməsi şansını sıfıra endirir.
Qeyd edək ki, əvvəlki seçkidə O. Əsədov 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.
Son xəbərlər
Son Xəbərlər