“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov rəhbərlik etdiyi telekanalı tənqid etdiyinə görə professor Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib.
“Qafqazinfo” ölkə.az-a istinadən xəbər verir ki, Alışanov Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.
Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədr ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib.
Nəsimi Rayon Məhkəməsində mülki iddia faktını təsdiqləyərək, artıq işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyini də bildiriblər.
Son xəbərlər
Son Xəbərlər