Alisson UEFA Super Kubokunda iştirak etməyəcək

alisson-uefa-super-kubokunda-istirak-etmeyecek
Oxunma sayı: 1432

İngiltərənin “Liverpul” futbol klubunun əsas qapıçısı Alisson Bekeri İngiltərə Premyer Liqasının ilk turunda zədə alıb.

“Qafqazinfo” “ESPN”ə istinadən xəbər verir ki, evdə "Norviç"i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra Alisson soyunma-geyinmə otağını əlil arabasında tərk edib.

“Liverpul”un baş məşqçisi Yurqen Klopp bildirib ki, futbolçu "Çelsi" ilə qarşılaşacaqları UEFA Super Kuboku matçında iştirak etməyəcək.  

Qeyd edək ki, "Norviç"lə matçın ilk hissəsində xəsarət alan Alisson Beker 39-cu dəqiqədə əvəzlənib.