“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanun layihəsində öz əksini tapıb. Yeni layihədə sponsor reklamlarının yayımlanması üçün müddət də müəyyənləşdirilib. Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim oluna bilər.
Əmtəənin adı sponsor qismində göstərilə bilməz. Sponsor reklamında “sponsor” sözünün başqa anlayışla əvəz olunmasına da icazə verilmir. Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər