Alla Puqaçova Putin əlehdarları ilə bir arada - Foto

alla-puqacova-putin-elehdarlari-ile-bir-arada
Oxunma sayı: 2904

Bir müddət əvvəl Rusiyanı tərk edən SSRİ Xalq artisti Alla Puqaçova rusiyalı Xalq artisti Andrey Makareviç və musiqiçi Boris Qrebenşikovla görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, fotonu Makareviç feysbuk səhifəsində paylaşıb.

“Nadir kompaniyadır, elə deyilmi? Bu, SlovoNovo-dur!”, - o, fotonu şərh edib.

Makareviç şəklin harada çəkildiyini bildirməyib.  

Qeyd edək ki, “SlovoNovo” bu ilin 16-20 may tarixlərində İsraildə keçirilən Rusiya mədəniyyət forumudur.

Fotonun marağa səbəb olmasına isə orada yer alan sənətçilərin Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxmasıdır. Puqaçova açıq şəkildə mövqeyini bildirməsə də, onun həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin bu barədə dəfələrlə paylaşım edib. Cütlük müharibənin ilk günlərində İsrailə köçüb. Qrebenşikov və Makareviç də Rusiyanın Ukraynaya qarşı aqressiyasını sərt şəkildə qınayıb.