Alla Puqaçovanın keçmiş əri dünyasını dəyişdi

alla-puqacovanin-kecmis-eri-dunyasini-deyisdi
Oxunma sayı: 3049

SSRİ və Rusiyanın Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rejissor 76 yaşında vəfat edib. Onun ölümünə ağciyər zədələnməsi səbəb göstərilir. Bir müddət əvvəl Stefanoviçin koronavirus səbəbindən Moskvada xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılsa da, rejissor bu faktı inkar etmişdi.

Qeyd edək ki, Aleksandr Stefanoviç 40-dan çox sənədli film müəllifidir. Rejissor aktrisa Natalya Boqunova və müğənni Alla Puqaçova ilə evli olub.