Allah məxluqlarını yaxşı tanıyır

allah-mexluqlarini-yaxsi-taniyir
Oxunma sayı: 1112


Məsələn buyurur: “Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir)”. (“Rəhman” 60).

“Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!”. (“Ğafir” 56).

“Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda casuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır”. (“Tövbə” 47).

Allah Təala buyurur ki, kafirlərin qarşısında bacardığınız qədər güclü olun. “Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün”. (“Ənfal” 60). Çünki əgər möminlər qüdrətli olsalar, kafirlər müsəlmanlardan hədəflərini həyata keçirtmək üçün sui-istifadə edə bilməzlər. Onları qul edə bilməzlər.

Düşmənin və şeytanın fitnəsinin qarşısını almağın ən yaxşı yolu – Quran ayələrinə və hədislərə müraciət etməkdir. Allah Quranda dörd dəstə düşmənlərinin adını çəkmişdir: şeytan, kafirlər, kitab əhlindən bəziləri, münafiqlər.

Allah Təala “Bəqərə” surəsinin 105-ci ayəsində buyurur: “Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər”.

“Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər”.(“Ənfal” 36).

Düşmənin içində ən təhlükə olanı - münafiqlərdir, çünki onlar daxili düşmənlərdir. Münafiq o kəsdir ki, zahiri ilə batini eyni deyildir.

Daxili düşmən istər dini etiqadda, istərsə də ictimai sahədə ən təhlükəli düşməndir. Çünki aşkar düşmən hər nə qədər qüdrətli olsa da, ziyanı az olar, çünki hamı onu tanıyar və ona qarşı müdafiə olunar. Lakin gizli və daxili düşmən tanınmadığından hər nə qədər kiçik olsa belə, üzünə dostluq niqabı taxdığına görə təhlükəlidir. Hər an fürsət axtarır ki, çirkin hədəfini həyata keçirtsin.

Ona görə də dinimizin düşmənlərini tanıyaq və münafiqlərin həqiqi üzünü açmağa çalışaq. (Tebyan) Deyerler.org