“Qafqazinfo” xəbər verir ki, müğənninin dediklərinə görə, Tünzalə Ağayeva və Elariz Məmmədoğlu bu məsələni normal qarşılasalar da, Nazpəri xanım əksini edib.
“Muz life”a açıqlama verən ifaçı Nazpəri Dostəliyevanın hədə-qorxusundan qorxaraq İlhamə Quliyevadan kömək istəyib:
“Mən İlhamə xanıma zəng vurub dedim ki, vallah qorxuram, sizə sığınıram. O da dedi ki, burda qorxulası heç nə yoxdur. Hüquq- mühafizə orqanları var, narahat olma.
Nazpəri mənim yerlimdi, bizim uzaq qohumluğumuz var. Mən onun, o da mənim bütün nəslimi tanıyır. Bizim ədavətimiz çoxdan olub. Bir toy var idi, o toyu idarə edirdi. Mən tort kəsmə hissəsinə gəlib çatmışdım. Salamlaşdıq, mənə söz verildi. Bu zaman arxaya çöndüm ki, mahnımı qoysunlar oxuyum. Bir də gördüm Nazpərinin ansamblı çaldı, o oxumağa başladı. Pis hala düşdüm, ağladım. Bu qədər hegemonluq etmək olar? Əlimi Allaha açdım, dedim ki, sən özün bunun bəlasını ver”.
Qeyd edək ki, Xatun verilişlərin birində Tünzalə Ağayeva, Elariz Məmmədoğlu və Nazpəri Dostəliyevanı parodiya etmiş, Nazpərinin hədə-qorxuları ilə qarşılaşmışdı.
Son xəbərlər
Son Xəbərlər