“Allaha üsyan edirəm ki, məni oğlumun ilinə kimi öldür” - Video

allaha-usyan-edirem-ki-meni-oglumun-iline-kimi-oldur
Oxunma sayı: 5710

Ötən il fevralın 22-də vəfat edən stilist Balaşın atası Aydın Əliyev onunla bağlı xatirələrini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, “O üz” proqramına müsahibə verən ata övlad itkisinin çox ağır olduğunu deyib:

“Canımdan can getdi. Mənim üçün çox ağırdır. Allaha üsyan edirəm ki, məni öldür, oğlumun ilinə yanında olum. Ata övladını böyüdəndə dəfələrlə boynuna, çiyninə alır, qucağında atıb-tutur. Ancaq oğul atasını bir dəfə çiyninə qoyur, qəbir evinə aparır. O, mənə qismət olmadı”.

Qeyd edək ki, mərhum Balaş müğənni Xatun Əliyevanın qardaşıdır. Evli idi, iki övladı yadigar qalıb.