"Keyxanım" ləqəbi ilə tanınan Ülviyyə Əliyeva rol aldığı “Qayınanamız” serialının təqdimat mərasiminə qatılıb.
“Qafqazinfo”nun kamerası qarşısına keçən aktrisa şəkil çəkdirməyi sevmədiyini bildirib:
“Yay boyu müxtəlif bölgələri gəzdim, tanınmış adamlarla görüşdüm. Amma şəkil çəkdirmədim, çünki sevmirəm. İndi foto çəkdirib sosial şəbəkədə paylaşmaq dəbdir. Sosial şəbəkələrdə olsam da, aktiv deyiləm. Gündəmi izləmək üçün “Facebook”dan istifadə edirəm, dünyada nə baş verirsə, xəbərdar oluram. Sənət adamlarının çoxu gileylənir ki, sosial şəbəkələrdə onları təhqir edirlər. Allahıma çox şükür olsun ki, məni təhqir, tənqid etməyiblər”.
Aktrisa yeni mövsümdə yer alacağı layihələrdən də danışıb:
““ATV”də "Cer-cehiz" verilişi başlayır. Tünzalə Əliyeva ilə layihədə dəyişiklik etmişik. “Zəhmətkeş ulduzlar” proqramı davam edəcək. Azərbaycan Dövlət Musiqili Komediya Teatrına iki illik fasilədən sonra qayıdış etdim. “Qayınanamız” serialında rol alıram. Məsuliyyətim ikiqat artıb, xalq artisti Afaq Bəşirqızı ilə eyni ekran işini bölüşürük. Xarakterimə uyğun olmayan obraz canlandırıram, həyəcanlıyam”.
Könül
Fotolar: Nuran Məmmədov


Son xəbərlər
Son Xəbərlər