Alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar+Video

alma-yesikleri-yuk-masinindan-yola-dagildi
Oxunma sayı: 3035

Quba-Xaçmaz yolunda hərəkətdə olan yük maşınından almalar yola dağılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Xaçmaz magistralının Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola tökülüb.

Hadisəyə maşının yük yerinin örtük hissəsinin cırılması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu