Alma yığan qadını maşın vurub öldürdü

alma-yigan-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 3422

Qubada alma yığan qadını maşın vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kənd ərazisində baş verib.  

Adı hələ ki, məlum olmayan qadın yolu keçmək istəyərkən “Hundai” markalı avtomobil tərəfindən vurulub. Nəticədə hadisə yerində ölüb. 

Şahidlərin sözlərinə görə, qəza nəticəsində ölən qadın Qubanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gəlibmiş. 

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən şəxsin kimliyi məlum olub. Əminə Xələfova adlı qadının meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinə aparılıb.

Emin Gülağaoğlu