“Qafqazinfo”nun məlumatına görə, hər iki məşqçi Avropa Oyunlarına qatılacaq kişi və qadın komandalarının heyətinə təcrübəli və gənc voleybolçuları daxil edib.
Almaniyanın milli komandaları “Bakı-2015”də güclü qruplarda mübarizə aparacaqlar. Almaniyanın kişilərdən ibarət komandası Rusiya, İtaliya, Bolqarıstan, Belçika və Slovakiya ilə qarşılaşacaq. Qadınlardan ibarət komanda isə Rusiya, Serbiya, Niderland, Bolqarıstan və Xorvatiya ilə görüşəcək.
Qadın komandasının ilkin siyahısında Almaniya ilə yanaşı, Polşa, İtaliya və Fransanın, o cümlədən Azərbaycanın “Azəryol” və “Lokomotiv” klublarında oynayan voleybolçular yer alacaq.
Kişilərdən ibarət komandanın tərkibi isə Almaniya ilə yanaşı, Belçika, İtaliya, Polşanın, o cümlədən Türkiyənin “Fənərbaxça” voleybol klublarında oynayan idmançılardan ibarət olacaq.
Son xəbərlər
Son Xəbərlər