Alman polisi polşalı azarkeşləri saxlayıb

alman-polisi-polsali-azarkesleri-saxlayib
Oxunma sayı: 2730

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Brandenburq qapısında onlara hücum edən Polşa futbol komandasının azarkeşlərini saxlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, polyaklar polisə daş və butulka atıb, cavab olaraq onlara qarşı bibər qazı və dəyənəklərdən istifadə edilib. Bir neçə azarkeş saxlanılaraq polis bölməsinə aparılıb.

Xatırladaq ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının dünən keçirilən matçında Polşa Avstriyaya 3:1 hesabı ilə uduzub.