Almaniya 1 milyon qaçqın qəbul edəcək - Vitse-kansler

almaniya-1-milyon-qacqin-qebul-edecek
Oxunma sayı: 2004

Almaniya bu il milyon qaçqını qəbul edə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji üzrə federal naziri Ziqmar Qabrielin bu gün ölkənin Sosial-Demokratlar partiyasına göndərilən məktubunda deyilib. Onun sözlərinə görə, qaçqınların sayı daha əvvəl proqnoz edildiyi kimi 800 min deyil, təxminən 1 milyon olacaq. 

Qeyd edəl ki, daha əvvəl Almaniya miqrant və qaçqın axınını məhdudlaşdırmaq məqsədilə Avstriya ilə sərhəddə müvəqqəti olaraq pasport nəzarəti tətbiq etməyə başladığına dair xəbərlər yayılmışdı. Qaçqın axınınına nəzarət tətbiq edilməsi üçün Avstriya və Almaniya arasında qatar xidməti də bazar günü dayandırılmışdı.