Almaniya 30 milyon doz vaksin bağışlayacaq

almaniya-30-milyon-doz-vaksin-bagislayacaq
Oxunma sayı: 1815

Almaniya təxminən 1,3 milyon doz “AstraZeneca” koronavirus peyvəndini aşağı gəlirli ölkələrə bağışlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin hökumət sözçüsü Ulrike Demmer Berlində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, vaksinlərin bağışlanması BMT-nin COVID-19 Vaksinlərinə Qlobal Əlçatanlıq Proqramı (COVAX) çərçivəsində baş tutub.

Sudana 357 min 600, Efiopiyaya 271 min 200, Əfqanıstana 213 min 600, Tacikistana 100 min 800 və Özbəkistana 355 min 200 doz vaksin göndərilib.

Qeyd olunub ki, ilin sonunadək az inkişaf etmiş və aşağı gəlirli ölkələrə ən azı 30 milyon doz vaksin göndəriləcək.