Almaniya Ukraynanın Buça şəhərində çox sayda mülki şəxsin qətlə yetirilməsi barədə məlumatın yayılmasının ardınca ölkədə olan 40 rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan edib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın xarici işlər naziri Annalena Beerbok açıqlayıb.
Onun sözlərinə görə, həmin diplomatlara ölkəni tərk etmək üçün 5 gün vaxt verilib.
Beerbok, həmçinin vurğulayıb ki, Rusiyaya qarşı mövcud sanksiyalar sərtləşdiriləcək, Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə dəstəyi artırılacaq və NATO-nun şərq cinahı gücləndiriləcək.
Qeyd edək ki, Almaniyada akkreditə olunmuş 104 rusiyalı diplomat var.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.
Həmçinin oxuyun: Almaniya rusiyalı diplomatları ölkədən çıxaracaq
Son xəbərlər
Son Xəbərlər