Almaniya Almatıdakı konsulluğun işini dayandırdı

almaniya-almatidaki-konsullugun-isini-dayandirdi
Oxunma sayı: 758

Almaniya Qazaxıstandakı vəziyyətlə əlaqədar olaraq Almatıdakı konsulluğunun işini dayandırıb, öz vətəndaşlarına oraya səfərdən çəkinməyi tövsiyə edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin xaricdəki vəziyyətlə bağlı yenilənmiş məlumatında bildirilib.

"Mövcud vəziyyəti nəzərə alaraq, Almatıdakı baş konsulluq növbəti xəbərdarlığa qədər bağlıdır, konsulluq dəstəyi Nur-Sultandakı səfirlik vasitəsilə mümkündür. Bundan əlavə, PCR testləri ilə bağlı çətinliklər var”, - məlumatda deyilir.

Qeyd edək ki, hazırda Almatıda antiterror əməliyyatı aparılır.