“Almaniya bu addımından geri dönsün, əks təqdirdə...” - Ərdoğan

almaniya-bu-addimindan-geri-donsun-eks-teqdirde
Oxunma sayı: 4394

“Almaniya bundan sonrakı müddətdə bu yanlış addımından geri dönməlidir”

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan iyunun 2-də Almaniya parlamentinin Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməyə münasibət bildirərkən söyləyib.

“600 nəfərlik parlamentdə 230 insanla belə bir qərarın verilməsi, eləcə də Almaniya kansleri Angela Merkelin iclasa qatılmamasının bir izahı olmalıdır. Almaniya bu addımından qısa müddətdə geri dönməlidir. Əks təqdirdə bizim görəcəyimiz tədbirlər fərqli olacaq”, - deyə Ərdoğan vurğulayıb.