Almaniya çempionatı nə vaxt bərpa ediləcək?

almaniya-cempionati-ne-vaxt-berpa-edilecek
Oxunma sayı: 1289

Almaniya Bundesliqasında mövsümün bərpa tarixi barədə yeni məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, “Reuters” agentliyi liqanın mayın 15-də davam edəcəyini açıqlayıb. 

Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib. Matçların azarkeşsiz oynanılacağı qeyd edilib. 

Qeyd edək ki, Almaniya çempionatı martda koronavirus səbəbindən təxirə salınıb.