Almaniya çempionu da yığmamıza qarşı oynayacaq

almaniya-cempionu-da-yigmamiza-qarsi-oynayacaq
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, rəqib komanda heyətini açıqlayıb.
Heyətdə 9 legioner yer alıb ki, bunlardan 5-i Almaniya çempionatında çıxış edir.

Qapıçılar: Eydzi Kavasima («Lyers», Belçika), Syusaku Nisikava («Sanfreççe Xirosima»), Syuiçi Honda («Tokio»).
Müdafiəçilər: Yuiçi Komano («Cubilo İvata»), Ydzo Kurixara («Yokohama Marinos»), Yuxey Tokunaqa («Tokio»), İnoxa Masaxiko, Xiroki Sakai (hər ikisi «Kaşima Antlers»), Yuto Naqatomo («İnter», İtaliya), Tomoaki Makino («Urava Red Daymonds»), Asudo Uçida («Şalke», Almaniya).

Yarımmüdafiəçilər: Kenqe Nakamura («Kavasaki Frontale»), Makoto Hasebe («Volfsburq», Almaniya), Xadzime Xosoqay («Auqsburq», Almaniya), Keysuke Honda (SSKA, Rusiya), Xideto Takaşi, Ariajasuru Xasiqava (hər ikisi «Tokio»).
Hücumçular: Rioiçi Maeda («Cubilo İvata»), Sindzi Okadzaki («Ştutqart», Almaniya), Qenki Xaraquti («Urava Reds»), Sindzi Kaqava («Borussiya» Dortmund, Almaniya), Rio Miyaçi («Bolton», İngiltərə).

Qeyd edək ki, qarşılaşma mayın 23-də, Bakı vaxtı ilə saat 15:15-də, Şizuoka şəhərindəki «Ekopa» stadionunda keçiriləcək.

Ceyhun Əhmədov