Almaniya çətinliklə mərhələ adladı- - Yenilənib

almaniya-cetinlikle-merhele-adladi-
Oxunma sayı: 1775


"Qafqazinfo" xəbər verir ki, Almaniya tarixində ilk dəfə 1/8 oynayan Əlcəzairlə qarşılaşır.Bu cütün qalibi 1/4 finalda Fransa ilə qarşılşacaq. Komandaların start heyətləri belədir

Almaniya: Noyer, Hövedes, Şvaynştaqer, Özil, Müller, Lam, Mertesaker, Kross, Qötze, Boatenq, Mustafi

Əlcəzair: Rais, Ghulam, Belkalem, Hallice, Lacen, Fegouli, Slimani, Soudani, Taider, Mandi, Mostefa

***

50 dəqiqənin tamamında Əlcəzair Almaniya ilə başa-baş mübarizə apara bilir.Lakin hesab hələki açılmayıb.

***

90 dəqiqəsi 0-0 hesabı ilə başa çatan oyunda yarım saatlıq əlavə vaxt oynanılacaq. Bu zaman kəsiyində də qol olmasa, penalti vuruşları olacaq.

***

92-ci dəqiqədə Andre Şürle Almaniyanı hesabda önə keçirir.

***

119-cu dəqiqədə Mesud Özil hesabı 2-0 edib.ƏLavə vaxtda qollar vuran Almaniya 1/4 finalda Fransanın rəqibi olub.

***

120-ci dəqiqəsə Silimani Əlcəzairin bu matçda layiq olduğu qolu vurur. 

***

Beləliklə, matç 2-1 Almaniyanın xeyirinə başa çatdı




İqbal