Almaniya döyüş təyyarəsi Rusiya dövlət sərhədinə yaxınlaşdı

almaniya-doyus-teyyaresi-rusiya-dovlet-serhedine-yaxinlasdi
Oxunma sayı: 2422

Almaniyanın “R-3C Orion” hərbi təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hədəfinin müəyyən edilməsi və dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb.

Qeyd olunub ki, heç bir pozuntu qeydə alınmayıb.