"Qafqazinfo" xəbər verir ki, finalda Almaniya ilə Argentina qarşılaşır. Almaniya bu gün çempion olsa, ilk dəfə olaraq Latın Amerikasında bir Avropa ölkəsi qalib adını qazanacaq. Argentina bu gün qalib gəlməklə 1990-cı il mundilaında qeydə alınan Almaniya məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Lakin əsas heyətdə Anxel Di Mariyanın olmaması bu matçda "tanqoçu"lar üçün ciddi itki sayılır. Möhtəşəm final dünyanın ən gözəl stadionlarından olan "Marakana"da keçirilir. Oyunu İtaliyadan olan Nikola Ritzoli idarə edir. 3 qat dünya çempionu Almaniya ilə 2 dəfə bu uğuru əldə edən Argentinanın finala çıxardığı start heyətləri belədir:
Almaniya: Noyer, Lam, Xummels, Boatenq, Hövedes, Şvaynştayqer, Kramer, Müller, Kroos, Özil, Kloze.
Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi.
***
İlk 30 dəqiqədən sonra hər iki komandanın ifasında olduqca gərgin və maraqlı mübarizənin şahidiyik.
***
Finalda ilk 45 dəqiqə qolsuz heç-heçə ilə başa çatdı. Lakin hər iki komandanın hesabı açnaq üçün şansları oldu.
***
Geridə qalan 85 dəqiqə ərzində maraqlı oyun izləsək də, hesab açılmayıb.
***
Super finalın əsas vaxtında, 90 dəqiqədə qol olmadığına görə qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə vaxt oynanılacaq. Əgər bu zaman kəsiyində də qol olmasa, penalti seriyaları ilə dünya çempionu bəlli olacaq.
***
113-cü dəqiqədə Mario Götze hesabı açdı. Almaniyanı 4-cü dünya çempionluğundan 7 dəqiqə ayırır.
Beləliklə,finalda 1-0 hesabı ilə qalib gələn Almaniya tarixi ərzində 4-cü dəfə dünya çempionu oldu.
İqbal
Son xəbərlər
Son Xəbərlər