Almaniya ilə oyun AFFA-ya 204 min qazandırdı

almaniya-ile-oyun-affa-ya-204-min-qazandirdi
Oxunma sayı: 725

AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunundan daxil olan maddi vəsaiti açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204691 AZN pul vəsaiti daxil olub.

Xatırladaq ki, millimzi həmin matçda 1:4 hesabı ilə məğlub olub.