“Almaniya klublarından təklif almışam” - Mahir Mədətov

almaniya-klublarindan-teklif-almisam
Oxunma sayı: 3337

“Hazırda Almaniya Bundesliqasının iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri publika.az-a “Qarabağ” klubunun gənc hücumçusu Mahir Mədətov deyib.

O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməyib.