Almaniya koronavirusa qarşı daha bir peyvəndi testlərdən keçirdi

almaniya-koronavirusa-qarsi-daha-bir-peyvendi-testlerden-kecirdi
Oxunma sayı: 3005

Alman Federal Vaksinasiya İnstitutu koronavirusa qarşı peyvəndin kliniki testlərdən keçdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, peyvənd Almaniyanın “BioNTech” biotexnoloji şirkəti tərəfindən hazırlanıb.

İlk mərhələdə 18-55 yaş arası 200 sağlam insanda sınaqdan keçirilməsi planlaşdırılan vaksinə “BNT162” adı verilib.

Qeyd edək ki, “BNT162” peyvəndi dünyada ilk mərhələ olaraq klinik testlərdən uğurla keçən dördüncü peyvənddir.