Almaniya milli komandası dünya çempionatında Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən sonra açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, yığmanın mətbuat xidməti açıqlama yayaraq azarkeşlərdən üzr istəyib:
“Sevgili azarkeşlər, biz də sizin kimi məyus oluruq. Dünya çempionatı 4 ildə bir dəfə baş tutur və bizim də böyük planlarımız var idi. Dünya çempionu adına layiq oynamadığımız üçün üzr istəyirik. Nə qədər acı olsa da, biz 1/8 finala layiq deyildik. Almaniyadakı və stadiondakı dəstəyiniz möhtəşəm idi. 2014-cü ildə Rio-de-Janeyroda qələbəni birlikdə qeyd etdik. Amma idmanda məğlubiyyət və rəqibin üstünlüyünü bəzi zamanlarda qəbul etməlisən. İsveç və Meksikanı pley-off-a çıxdıqları, Cənubi Koreyanı isə qələbələrlə təbrik edirik. Qonaqpərvərliyiniz üçün Rusiyaya da təşəkkür edirik”.
Qeyd edək ki, Almaniya milli komandası dünya çempionatında F qrupunda Meksika, İsveç və Cənubi Koreya ilə mübarizə aparıb. Bundestim bu matçların yalnız birində İsveç üzərində qələbə qazana bilib. Bu nəticə ilə onlar dünya çempionatının qrup mərhələsini adlaya bilməyiblər.
Son xəbərlər
Son Xəbərlər