Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıdı

almaniya-parlamenti-qolodomoru-soyqirim-akti-kimi-tanidi
Oxunma sayı: 1541

Almaniya Qolodomoru Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanıyıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Almaniya Bundestaqı qərar qəbul edib.

Belə ki, Qolodomor 1932-1933-cü illərdə sovet hakimiyyətinin sifarişi ilə milyonlarla ukraynalıların qıtlıq vasitəsi ilə ölümlərinə səbəb olan soyqırımdır.

Rumıniya, İrlandiya və Moldova parlamentləri 23-24 noyabr tarixlərində Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb.

Ukrayna hər il noyabrın dördüncü şənbə günü Qolodomor qurbanlarının xatirəsini yad edir. Bu il həmin gün noyabrın 26-na təsadüf edib.