Almaniya polisi “bozqurd”a görə mühafizəni artıracaq

almaniya-polisi-bozqurda-gore-muhafizeni-artiracaq
Oxunma sayı: 4073

Almaniya Daxili İşlər Nazirliyi Türkiyə-Niderland görüşünü ən təhlükəli qarşılaşma hesab edərək mühafizəni ikiqat artıracaq.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb Avropa Çempionatının 1/8 final mərhələsində Merih Demiralın göstərdiyi “bozqurd” işarəsinin bəzi azarkeşlərdə qıcıq yaratmasıdır.

Buna görə də, Almaniya polisi təhlükəsizlik tədbirləri görəcək.

Qeyd edək ki, Türkiyə-Niderland görüşü iyulun 6-da Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.