Almaniya polisindən partlayışla bağlı açıqlama

almaniya-polisinden-partlayisla-bagli-aciqlama
Oxunma sayı: 640

Almaniya polisi Dortmund şəhərindəki partlayışın terror aktı olduğunu təsdiq etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bu gün terror hücumları riski yeni bir şey deyil. Biz buna uzun müddət hazırlaşırdıq. Bunun terror hücumu olduğunu ehtimal etmək istəmirəm. Bütün bunlar araşdırılır. Biz ehtiyatla hərəkət etmək istəyirik. Araşdırma çox peşəkar səviyyədə aparılır",-deyə Dortmunt polisini rəhbəri Qreqora Lanqe söyləyib.

Agentlik daha əvvəl Almaniya prokurorluğuna istinadən partlayış baş verən ərazidə məktub tapdıldığını bildirib.