Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT haber” məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.
Daha sonra liderlər ikitərəfli görüş keçirib. Müzakirələr mətbuata qapalı baş tutub.
Qeyd olunub ki, Ərdoğan və Ştaynmayer birgə mətbuat konfransı keçirəcək.



Son xəbərlər
Son Xəbərlər